Fitch : ABŞ banklarını 2027 ci ildə çətin dövr gözləyir

24.11.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" ABŞ bank sektoru ilə bağlı 2027-ci il üzrə proqnozunu “neytral”dan “pisləşən” səviyyəyə endirib. Agentlik kredit şərtlərinin zəifləyəcəyini və bankların gəlirliliyinə təzyiqin artacağını gözləyir.

Banco.az xəbər verir ki, Fitch-in açıqlamasına görə, maliyyələşmə və kreditləşmə xərclərinin yüksəlməsi bankların maliyyə nəticələrinə mənfi təsir göstərə bilər.

Agentlik davamlı inflyasiya və iqtisadi fəallığın dayanıqlılığı səbəbindən faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyədə qalacağını proqnozlaşdırır. Əmanətlərin cəlb edilməsi uğrunda rəqabətin güclənməsi də bankların maliyyələşmə xərclərini artıracaq.

"Fitch" xalis faiz gəlirlərinin bank sektorunu dəstəkləməyə davam edəcəyini gözləsə də, gəlir artımının zəifləməsi və kredit xərclərinin yüksəlməsi rentabelliyə mənfi təsir göstərə bilər.

Agentlik yüksək borclanma xərcləri və yenidən maliyyələşdirmə təzyiqlərinin kredit risklərini artırdığına da diqqət çəkib. Xüsusilə kommersiya daşınmaz əmlakı və biznes kreditləri üzrə portfellərdə problemlərin dərinləşə biləcəyi bildirilir.

Bundan əlavə, bankların qeyri-bank maliyyə qurumlarına, süni intellekt və məlumat mərkəzlərinin maliyyələşdirilməsinə artan məruz qalması bazar dalğalanmaları və aktiv qiymətlərinin enməsi zamanı əlavə risklər yarada bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью