Fitch : Azərbaycan banklarının əsas maliyyə göstəriciləri bu il stabil qalacaq | Icma.az
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "Azərbaycan bank sektoru üzrə proqnozumuz neytraldır.
Yəni, biz gözləyirik ki, əsas maliyyə göstəriciləri bu il stabil qalacaq".
Bunu "APA-Economics"ə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin MDB+ və Yaxın Şərq bankları üzrə direktor müavini Maksim Maliutin deyib.
O bildirib ki, son illərdə Azərbaycan bank sektorunun maliyyə profili əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Bu, 2024-cü ilin oktyabrında yerli fəaliyyət mühitinin reytinqinin "B+"dan "BB-"a dəyişməsi ilə təsdiqlənib.
Bu dəyişikliyin əsas səbəbi əvvəllər bank sektoruna mənfi təsir edən köhnə aktiv keyfiyyəti risklərinin azalmasıdır: "2019-cu ildən etibarən hökumət zəif bankları bazardan təmizləmək üçün addımlar atıb.
Bununla yanaşı, Azərbaycanın biznes mühiti güclənib, yerli banklar isə uzunmüddətli və böyük korporativ kreditlərə olan marağını azaldıb.
Bunun əvəzinə, onlar daha çox pərakəndə kreditləşməyə üstünlük verirlər.
Tam oxu
Xəbəri oxu