Fitch : Azərbaycanda inflyasiya 2028 ci ilə qədər 4,9 % ə düşəcək

06.10.2026

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya səviyyəsinin 6,1 %-ə çatacağını gözləyir.

Bunu "Fitch Ratings"in baş direktoru, Şərqi Avropa suveren reytinqləri qrupunun rəhbəri Erik Arispe Morales (Erich Arispe Morales) Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" çərçivəsində bildirib.

"Sonrakı illərdə inflyasiyanın azalması - 2027-ci ildə 5,6 %-ə, 2028-ci ildə isə 4,9 %-ə qədər enməsi gözlənilir", - E.Morales qeyd edib.

Onun proqnozlarına görə, 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10,9 %-ni təşkil edəcək. 2027-ci ildə bu göstərici ÜDM-in 6,2 %-nə, 2028-ci ildə isə ÜDM-in 2,1 %-nə qədər azalacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью