Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

04.12.2024

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Neft ixrac həcminin aşağı olmasına baxmayaraq, Azərbaycanın xam neft hasilatının 2024-cü ildə illik 4,3% artacağını proqnozlaşdırırıq.

"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib. Qeyd edilib ki, hasilatın artması ixrac həcmini də dəstəkləyəcək.

FS hesab edir ki, 2025-ci ildə neft ixracı əsas iqtisadi artıma 2,5 faiz bəndi həcmində töhfə verəcək.

"Fitch Solutions” həmçinin əlavə edib ki, aşağı neft qiymətləri hökumətin istehlakını 2024-cü ildəki 4,5%-dən 2025-ci ildə 3,4%-ə qədər azaldacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью