“Fitch” Türkiyənin reytinq proqnozunu yüksəldib

24.01.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli xarici valyutada emitent defolt reytinqi üzrə proqnozu “sabit”dən “müsbət”ə yüksəldib, reytinqi isə “BB-” səviyyəsində təsdiqləyib.

APA-Economics” xəbər verir ki, Agentlik bu qərarı valyuta ehtiyatlarının gözləniləndən daha sürətli artması və xarici həssaslıqların azalması ilə əsaslandırıb.

Məlumata görə, Türkiyənin ümumi valyuta ehtiyatları 2026-cı ilin yanvarında 205 mlrd. ABŞ dollarına çatıb. Svop əməliyyatları istisna edilməklə xalis ehtiyatlar mənfi səviyyədən 78 mlrd. dollara qədər bərpa olunub. “Fitch” dollarlaşmanın azalmasını və makroiqtisadi siyasətin nisbətən sərt qalmasını müsbət amil kimi qiymətləndirir. Bununla yanaşı, yüksək inflyasiya və pul siyasətinə siyasi müdaxilələr reytinq üçün əsas risk amilləri olaraq qalır.
Agentlik 2027-ci ilin sonuna inflyasiyanın 19,5% səviyyəsində olacağını proqnozlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью