Fitə basılmağa layiq idik Vinçentso Montella

29.09.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella İtaliyaya 1:4 hesablı məğlubiyyətdən sonra açıqlama verib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Habertürk" yayıb.

İtaliyalı mütəxəssis ilk hissədəki performanslarını tənqid edib:

“Əslində, rəqibə uyğun oynaya bilmədik. Üç gündən bir bu səviyyədə milli oyun keçirməyə öyrəşməmişik. Bu, məni məyus edir. 3:1-dən sonra daha yaxşı oynamağa başladıq və bir qolumuz da ləğv edildi. İlk yarıda fitə basılmağa layiq idik. İkinci hissədə hərəkətə keçdik, amma buna öyrəşmədiyimiz üçün çətinlik yaşadıq. Matçları analiz edərkən sakit qalmağa və futbolçuları motivasiya etməyə çalışırıq. Lakin ümumilikdə üç gündən bir bu səviyyədə oyun keçirmək vərdişimiz yoxdur”.

Montella komandanın bu məğlubiyyətdən nəticə çıxaracağını da bildirib:

“Bu matçdan dərs çıxaracağıq. İlk 30 dəqiqəni yaxşı analiz etməliyik. Özümüzə inamımızı itirməməliyik. Buralara biz gəlmişik və yenidən ən yaxşı şəkildə meydana çıxaraq mübarizəmizi davam etdirəcəyik”.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью