Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Yavneh şəhərində yerli fitnes zalının müşahidə kameralarının görüntüləri səs-küyə səbəb olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, yayılan kadrlarda məşqçinin aralarında evli qadınların da olduğu müştərilərilərlə intim səhnələr əks olunub.
Yerli KİV-in məlumatına görə, videomüşahidə sisteminin sındırılmasını qadınlardan birinin əri təşkil edib.
O, təsadüfən arvadını kompromatda aşkarlayıb. Ən səs-küylü söz-söhbətlərdən biri də bu işdə “İnbali Ba-Li” səhnə adı ilə çıxış edən məşhur u
Aktrisa İnstaqramda baş verənlərlə heç bir əlaqəsi olmadığını bəyan edərək, şayiələri açıq şəkildə təkzib etməyə məcbur olub.
O, internetdə yayılan şəklinin fitnes məşqçisinin profilindən götürüldüyünü və qalmaqalın onun reputasiyasına ciddi zərbə vurduğunu deyib: “Mən uşaq şoularının ulduzuyam və bu, şübhəsiz ki, yayılan videoların səs-küyünü artırır.
Amma mən bütün mümkün vasitələrlə bu qara piarı dayandırmağı xahiş edirəm. Bunlar mənim reputasiyama böyük ziyan vuran əsassız şayiələrdir”.