Fitso ABŞ ın Venesueladakı addımlarını “neft avantürası” adlandırıb

05.01.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

ABŞ-ın Venesuelada həyata keçirdiyi hərəkətlər “neft avantürası”dır.
APA xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətə təsir imkanları məhdud olsa da, ABŞ-ın bu addımlarını qəti şəkildə pisləmək və rədd etmək lazımdır.
Baş nazir vurğulayıb ki, bu mövqe Slovakiya–ABŞ münasibətlərinə mənfi təsir göstərə bilsə belə, o, bu riski qəbul edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью