Fitso antirusiya sanksiyalarına qarşı qanunu dəstəklədi

08.06.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Slovakiyanın Baş naziri Robert Fitso parlamentin antirusiya sanksiyalarına qarşı qəbul etdiyi qətnaməni dəstəkləyib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə baş nazir özü açıqlamaısnda deyib.

“Biz bu sanksiyaların Slovakiyanın milli maraqlarına zərər vurub-zələməyəcəyi ilə bağlı daxili təhlil aparırıq. Bu, güclü siyasi alətdir. Lakin bizə zərər verəcək bir sanksiya olarsa, heç vaxt ona səs verməyəcəyəm”, – baş nazir əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Slovakiya Prezidenti Petr Pelleqrini anti-Rusiya sanksiyalarının ləğvi ilə bağlı referendum keçirilməsini tələb edən petisiyanı rədd etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью