Fitso kəskin danışdı: Ukraynaya yardım etməyəcəyik!

28.06.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Slovakiya Kiyevin hərbi xərclərinin maliyyələşdirilməsində iştirak etməyəcək.

Axar.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib.

Onun sözlərinə görə, Slovakiya Kiyevin hərbi xərclərinin maliyyələşdirilməsi istiqamətində əlavə ödənişlərə qoşulmayacaq:

“7–8 iyul tarixlərində keçiriləcək NATO sammitində Ukraynaya hərbi yardımın genişləndirilməsi məsələsi müzakirə olunacaq. Planlara alyans ölkələrinin kollektiv öhdəlikləri, Kiyevə yeni yardım paketləri və Rusiyanın uzunmüddətli təhlükə kimi qeyd edilməsi daxildir. Kim istəyirsə, müharibə üçün pul toplaya bilər. Amma Slovakiya Ukraynanın hərbi xərclərini maliyyələşdirməyəcək. Bu məsələ ilə bağlı gələn həftə müdafiə naziri Robert Kaliniak da daxil olmaqla, yüksək vəzifəli rəsmilərlə məsləhətləşmələr aparacam”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью