Fitso Moskvaya gizli marşrutla uçdu

08.05.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Slovakiyanın Baş naziri Robert Fitso 9 May – Böyük Qələbənin 80 illiyi münasibətilə Moskvada keçirilən rəsmi mərasimlərdə iştirak etmək üçün bu şəhərə səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Fitsonu daşıyan təyyarə əvvəlcədən planlaşdırılan marşrutdan fərqli olaraq daha uzun, cənub istiqamətindən Moskvaya uçub. “Dennikn” portalının yazdığına görə, təyyarə Macarıstan, Rumıniya, Qara dəniz və Gürcüstan üzərindən keçib.

Bu marşrut dəyişikliyi Estoniya, Latviya və Litvanın Slovakiya hökumət başçısının təyyarəsinə öz hava məkanlarından keçmək üçün icazə verməməsindən sonra baş verib.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью