Fitso: Qərb Kiyevi qurban verə, Ukrayna parçalana bilər | Icma.az
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso 1938-ci ilin Çexoslavakiyası olduğu kimi, Ukraynanın da parçalana biləcəyini söyləyib.
Onun sözlərinə görə, həmin məqamda Qərb ölkələri "bizdə alınmadı" deyəcəklər.
Slovakiyanın Baş nazirinin fikrincə, Qərb Rusiya ilə münaqişədə məğlub olduqdan sonra Ukraynanı qurban verə bilər.
Nəticədə Ukraynanı da 1938-ci ilin Çexoslovakiyası kimi hissələrə bölə bilərlər.
Braziliyada səfərdə olan Fitso "Folha de S.Paulo" nəşrinə müsahibəsində söyləyib: "Elə bir məqam yetişəcək ki, Qərb deyəcək: "Hə indi biz qalib gələ bilmədik, ona görə də Ukraynanı qurban veririk.
1938-ci ilin Münhen sazişini (Böyük Britaniya, Almaniya, İtaliya və Fransa arasında bağlanıb - red.) xatırlayın.
O zaman Çexoslovakiya qurban verilmiş, məcburən əraziləri faşist Almaniyasına güzəştə gedilmişdi.
Tam oxu
Xəbəri oxu