Fitso Trampın psixoloji vəziyyətindən narahatdır

28.01.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Slovakiyanın Baş naziri Robert Fitso Avropa liderləri ilə söhbətində ABŞ Prezidenti Donald Trampın psixoloji vəziyyəti ilə bağlı narahatlığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" yazıb. 

"Robert Fitso ABŞ prezidentinin "psixoloji vəziyyətindən" narahat idi. O, ABŞ prezidentinin üzbəüz görüşü zamanı ona necə göründüyünü təsvir etmək üçün "təhlükəli" sözünü işlədib", - KİV ondan sitat gətirib. 

Tramp və Fitso yanvarın 17-də Floridada qapalı danışıqlar aparıblar. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью