Fitso: Ukraynaya bir sent belə göndərməyəcəyəm

17.03.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Slovakiya hökuməti Ukraynaya hərbi yardım üçün bir sent belə vermək fikrində deyil".

Oxu.Az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso "Facebook" sosial şəbəkə səhifəsində yazıb.

"Slovakiya Ukraynada heç bir hərbi missiyada iştirak etməyəcək və ona hərbi yardım üçün bir sent belə göndərməyəcək", - deyə o bildirib.

Eyni zamanda, R.Fitso Ukrayna və Slovakiya hökumətlərinin birgə iclasının təşkil edilməsini dəstəkləyib.

Onun fikrincə, müvafiq görüşdə müzakirənin əsas mövzusu hər iki dövlət üçün sərfəli olan layihələrin həyata keçirilməsi ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью