Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Volodimir Zelenski Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün Brüsseldə danışıqlar zamanı ona Rusiya aktivlərindən 500 milyon avro təklif edib.
“Report” xəbər verir ki, Baş nazir Zelenskinin təklifini qəbul etmədiyini vurğulayıb: “Zelenski danışıqlar zamanı qaz mövzusuna qayıtdı.
O, mənə Rusiyanın 500 milyon avroluq aktivini versə, Ukraynanın NATO-ya üzvlüyünə səs verib-verməyəcəyimi soruşdu.
Təbii ki, mən ona cavab verdim: heç vaxt”. Robert Fitso Ukraynanın NATO-ya üzv olmaq üçün dəvət almasını tamamilə qeyri-real hesab edir.
Slovakiyanın baş naziri dəfələrlə bəyan edib ki, o, heç vaxt Ukraynanın alyansa daxil olmasını dəstəkləməyəcək.
Bizim WhatsApp kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.