Fitsodan Brüsseli qəzəbləndirəcək addım

01.06.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan enerji alışına tam qadağa qoyması zərərli ideyadır”.

Globalinfo.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib.

“Bu məsələdə Brüsselə tabe olmaq niyyətində deyilik. Slovakiya Rusiyadan Aİ-yə neft, qaz və nüvə yanacağının tədarükünə qoyulan qadağadan yan keçməyə hazırlaşır. Bu istiqamətdə qanun layihələri paketi üzərində işləyirik”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью