Fiziki aktivlik xərçəngdən qoruyur

16.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Çoxdan məlumdur ki, fiziki aktivlik xərçəng xəstəliklərinin profilaktik tədbirlərindən biridir.

Amerika alimlərinin son araşdırmaları bunun əsl səbəbini aşkar edib. Məsələ orasındadır ki, fiziki aktiv insanların bədənində xərçəngin inkişafında böyük rol oynayan süd turşusunun duzları (laktatlar) daha yaxşı emal olunur.

The Daily Mail xəbər verir ki, laktatların orqanizmdə toplanması immun sisteminə xərçənglə mübarizə etməyə mane olur və xərçəngin yayılması üçün şərait yaradır.

Həmçinin fiziki aktivlik bir çox digər xəstəliklər və pozulmalardan də qoruyur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью