Fiziki ticarət öz əhəmiyyətini tam itirməyib” Rəy

07.07.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Onlayn platformalarda qiymətləri müqayisə etmək asan olduğundan mağazalar arasında rəqabət daha da güclənib. Bununla yanaşı, fiziki ticarət öz əhəmiyyətini tam itirməyib”.

İtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a deyib. İqtisadçının sözlərinə görə, bir çox insanlar məhsulu almadan əvvəl onu canlı görmək, yoxlamaq və ya sınaqdan keçirmək istəyirlər. Bundan əlavə, məhsulu dərhal əldə etmək imkanı da fiziki mağazaların üstünlüklərindən biridir:

“Gələcəkdə onlayn və fiziki ticarətin bir-birini tamamlaması daha çox gözlənilir. Şirkətlər həm internet üzərindən satış aparacaq, həm də fiziki mağazalarını saxlayacaqlar. Müştərilər məhsulu onlayn sifariş edib mağazadan götürə və ya mağazada baxdıqdan sonra internetdən ala biləcəklər".

Sevinc Qarayeva 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью