Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın Ramon Ljul adına La Sal Universitetinin mütəxəssisləri borulardakı arzuolunmaz əks-səda və kütləvi küy problemini həll edən "akustik qara dəlik" cihazı təqdim ediblər.
Bizim.Media xəbər verir ki, yeni işlənib hazırlanmış bu kiçik qurğu səsi özünə çəkərək geri qayıtmasının və əks-səda yaratmasının qarşısını tamamilə alır.
Əvvəlki mürəkkəb analoqlarından fərqli olaraq, yeni konstruksiyanı birbaşa 3D printerdə çap etmək və mövcud boru sistemlərinə (havalandırma, kondisioner, sənaye tüstübacaları və santexnika) asanlıqla yerləşdirmək mümkündür.
Akustika üzrə mütəxəssis Oriol Quaşın sözlərinə görə, bu qurğu borunun sonuna yerləşdirildikdə səs dalğaları tamamilə udulur.
Bizim.Media