Fiziyevin Bakıda keçiriləcək UFC turnirindəki rəqibi müəyyənləşdi

25.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İyunun 21-də Bakıda keçiriləcək UFC (Ultimate Fighting Championship) turnirində Rafael Fiziyev İqnasio Bahamondes ilə qarşlışacaq.

Oxu.Az xəbər verir ki, təşkilatın Mətbuat Xidməti görüşün keçirilməsini təsdiqləyib.

Bildirilir ki, R.Fiziyev 70 kiloqramadək çəki dərəcəsində növbəti görüşünü çilili idmançıya qarşı keçirəcək.

Qeyd edək ki, Bakıda keçiriləcək turnirdə döyüşçülərimiz Tahir Abdullayev, Məhəmmədəli Osmanlı, Asəf Çopurovun da iştirak edəcəkləri gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью