FKSB nin baş məşqçisi: Oyun çətin keçəcək

22.01.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Qarabağ" güclü komandadır".

Oxu.Az xəbər verir ki, bunu FKSB-nin (Rumıniya) baş məşqçisi Elias Xaralambous Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis Ağdam təmsilçisinin təcrübəli komanda olduğunu vurğulayıb:

"Rəqibimiz və onun baş məşqçisi təcrübəlidir. Bizim üçün çətin olacaq. Amma komandamız yaxşı durumdadır. Çalışacağıq bunu sabah meydanda göstərək".

O, "köhlən atlar"ın fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı danışıb:

"Qarabağ" üçün əhəmiyyətli şəxs həyatını itirib. Onu sevənlərə və klubun bütün üzvlərinə başsağlığı verirəm".

Baş məşqçi heyətdə çatışmazlıqlar olduğunu bildirib:

"Zədəli futbolçularımız var. Bu səbəbdən alternativlər fikirləşirik. Yenə də bunun bizə ciddi təsir etməyəcəyini düşünürəm".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FKSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FKSB 11 xalla 10-cu sıradadır.

Anar Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью