FKSBnin hücumçusu Qarabağla oyundan əvvəl: Mümkün qədər çox xal toplamaq istəyirik

14.01.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rumıniyanın FKSB klubunun hücumçusu David Mikulesku Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda “Qarabağ”la Bakıda keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, “iAM SPORT”a açıqlama verən rumıniyalı Avropa Liqasındakı şanslarından danışıb: 

"Bizi "Qarabağ"la səfər oyunu gözləyir. Çoxları artıq növbəti mərhələyə vəsiqə qazandığımıza əmin olsa belə, mümkün qədər çox xal qazanmaq istəyirik".

Xatırladırıq ki, komandalar arasında keçiriləcək görüş yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью