Flamenqo BMT yə müraciət etdi: Klub azarkeşləri ayrıca millət kimi tanınsın

10.09.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Flamenqo" komandasının rəhbərliyi BMT-yə petisiya göndərərək, komandanın azarkeşlərini ayrıca simvolik-mədəni millət kimi tanımağı xahiş etdi.

Oxu.Az bu barədə Braziliya futbol klubunun saytına istinadla xəbər verir.

"Flamenqo"nun veteranı Ziko məsələ ilə bağlı bəyanatla çıxış edib:

"Əgər biz ölkə olsaydıq, əhalisinin sayına görə 36-cı dövlət olardıq. Biz bir bayraq, bir mədəniyyət və nəsildən-nəslə keçən hisslə birləşmiş 45 milyondan çox insanıq. "Flamenqo" sadəcə klub deyil, o millətdir".

Qeyd edək ki, "Flamenqo" yeddiqat Braziliya çempionu və üçqat Libertadores Kubokunun qalibidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью