“Flamenqo” Juninyo ilə bağlı “Qarabağ”la razılığa gəldi

11.01.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Flamenqo” Juninyonun transferi üçün “Qarabağ”la razılığa gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Braziliyanın bir neçə media qurumu məlumat yayıb.
ESPN-in saytı bildirib ki, Rio təmsilçisi qışda ilk transferini gerçəkləşdirmək üzrədir. Juninyo klubun 2025-ci ildə alacağı ilk oyunçu olacaq.
Məlumata görə, bu, “Flamenqo”nun “Qarabağ”a ikinci təklifi sayəsində mümkün olub. Rio-De-Janeyro klubu Juninyo üçün “Qarabağ”a 5 milyon avro ödəyəcək. İlk müraciətdə 4 milyon təklif olunmuş, “Qarabağ” isə bunu rədd etmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью