Flamenqo Juninyodan sonra onu transfer etmək istəyir

17.01.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Palmeyras" "Zenit"in yarımmüdafiəçisi Klaudiinyonu heyətinə qatmaq istəyir.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, Braziliya klubu “ağ-göylər”lə yanaşı, futbolçunun özü ilə də əlaqə saxlayıb. Sankt-Peterburq təmsilçisinin yarımmüdafiəçi üçün 18-20 milyon avro təzminat istədiyi bildirilir.

Klaudinyonun xidmətində "Botafoqo" və "Flamenqo" da maraqlıdır. "Flamenqo" "Qarabağ"dan Juninyonu heyətinə qatdıqdan sonra məhz Klaudinyo ilə güclənmək istəyir.

27 yaşlı yarımmüdafiəçinin “Zenit”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, əvvəllrə "Korintians", "Braqantino", Ponte Preta", "Oeste", "RB Brazil" klublarında oynayıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью