Flamenqo nun baş məşqçisi Qarabağ ın sabiq hücumçusu haqda: Juninyo bizə çox kömək edəcək

20.01.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Braziliyanın "Flamenqo" klubunun baş məşqçisi Filipe Luis "Qarabağ"ın hücumçusu Juninyonun komandasına keçidinə münasibət bildirib.

Sportal.az "UOL"a istinadən xəbər verir ki, Braziliya klubunun çalışdırıcısı sabiq “Qarabağ”lı haqda bunları deyib:

"Juninyo bizim oyun modelimizin tələb etdiyi keyfiyyətə malik hücumçudur. O, böyük ambisiyaları olan futbolçudur. Juninyo komandanın səviyyəsini yüksəldəcək və bizə çox kömək edəcək".

Xatırladaq ki, "Flamenqo" bu transfer üçün “Qarabağ”a 5 milyon avro ödəmişdi.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью