Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Flamenqo” “Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketanı transfer edəcək.
İdman.Biz-in “The Athletic”ə istinadən məlumatına görə, klublar 28 yaşlı futbolçunun transferi ilə bağlı 41,25 milyon avroya razılığa gəliblər. Tərəflər hələlik ödəniş strukturu barədə razılığa gələ bilməyiblər, lakin vəziyyətlə tanış mənbələr bunun tezliklə baş verəcəyini gözləyirlər.
Paketa Braziliya liqasına transfer edilən ən bahalı oyunçu olacaq.
Lukas bu mövsüm Premyer Liqada 18 oyun keçirib, dörd qol vurub və bir məhsuldar ötürmə edib.