Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Flamenqo” rəhbərliyi hücum xəttini gücləndirmək üçün “Zenit”in vingeri Luis Enrikeni əsas transfer hədəfi kimi müəyyənləşdirib.
Futbolpress.az xəbər verir ki, bu barədə ESPN portalı məlumat yayıb.
Məlumata görə, Braziliya təmsilçisi futbolçu üçün təklif etdiyi məbləği artıraraq 35 milyon avroya çatdırıb. Şəhər təmsilçisinin ilk təklifi 20 milyon avro olmuşdu.
Rio-de-Janeyro klubunun planı bu transfer məbləğini hissə-hissə ödəyərək reallaşdırmaqdır.
“Flamenqo” artıq futbolçu ilə razılıq əldə edib. 25 yaşlı braziliyalı milli komandanın məşqçilər korpusunun diqqət mərkəzində qalmaq və növbəti DÇ-nin seçmə mərhələsində şans qazanmaq üçün vətəninə qayıtmaq istəyir.
Luis Enrike 2025-ci ildə “Botafoqo”dan “Zenit”ə 33 milyon avro qarşılığında keçmişdi. Sankt-Peterburq təmsilçisinin heyətində 49 rəsmi matça çıxan vinger 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.