“Flamenqo”dan formanın yumorlu təqdimatı VİDEO

30.01.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Braziliyanın “Flamenqo” klubu yeni mövsüm üçün hazırlanan oyun formasını qeyri-adi və yumorlu təqdimatla ictimaiyyətə çıxarıb.

İdman.Biz xəbər verir ki, klubun paylaşdığı videoda yeni formanın detalları xüsusi vurğulanıb. Təqdimat zamanı azarkeşlərin diqqətindən hansısa elementlərin yayınmaması üçün geyimin bəzi hissələri yaxın planda göstərilib.

Bununla yanaşı, formanı təqdim edən futbolçunun mimikaları da videonun əsas maraq doğuran məqamlarından biri olub. Onun gülməli üz ifadələri təqdimata əlavə rəng qatıb və sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub.

Qeyd edək ki, “Flamenqo” son illər təkcə meydandakı çıxışı ilə yox, həm də kreativ media paylaşımları ilə diqqət mərkəzindədir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью