“Flamenqo”nun idman direktoru: Bu isə hələ baş verməyib”

13.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Flamenqo"nun idman direktoru Joze Boto "Qarabağ"ın hücumçusu Juninyonun transferindən danışıb. Sport24.az xəbər verir ki, Braziliya mətbuatına açıqlama verən klub rəsmisi Ağdam klubu ilə razılaşdıqlarını söyləyib:

"Tərəflər arasında razılıq olub. Lakin o, yalnız müqavilə bağladıqdan sonra "Flamenqo"nun futbolçusu olacaq. İstənilən oyunçu yalnız tibbi müayinədən keçib, anlaşma imzaladıqdan sonra klubumuzun üzvü olur. Bu isə hələ baş verməyib".

Bu arada, Braziliya mətbuatının yazdığına görə, Juninyo müqavilə imzalamaq üçün bu gün Rio-de-Janeyroya yola düşəcək. O, "Flamenqo"nun mövsümöncəsi təlim-məşq toplanışı keçirdiyi ABŞ-a yollanamacaq. Forvard yeni komandasını vətənində gözləyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью