Flamenqonun Juninyoya təklif etdiyi maaş AÇIQLANDI ŞOK MƏBLƏĞ

09.01.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Olavio Juninyonu transfer etmək istəyən Braziliyanın "Flamenqo" klubunun hücumçuya təklif etdiyi maaş bəlli olub.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə "Flamengomelhor" nəşri məlumat yayıb.

A Seriyası təmsilçisinin 28 yaşlı hücumçu ilə aylıq 700000 Braziliya realı (təxminən 206000 manat) qarşılığında şifahi razılıq əldə olunduğu bildirilib.

"Flamenqo" Azərbaycan çempionuna isə 4 milyon avro təklif edib. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью