“Flaminqo” raketi Krım körpüsünü məhv edə bilərmi? | Icma.az
Icma.az, Axar.az portalına istinadən məlumat yayır. Ukraynanın yeni “Flaminqo” raketləri Krım körpüsünün məhv edilməsində istifadə oluna bil
Axar.az xəbər verir ki, bu barədə ukraynalı aviasiya eksperti Anatoli Xrapçinski deyib.
Onun sözlərinə görə, “Flaminqo” kifayət qədər dağıdıcı gücə malikdir və uzunmənzilli “Neptun” raketləri ilə birlikdə körpünü vurmaq potensialı var: “Əlbəttə, burada hədəfə dəqiqlik məsələləri var.
Amma mövcud partlayıcı elementlərin miqdarı öz işini görür”, – deyə Xrapçinski bildirib.
Ekspert əlavə edib ki, Krım körpüsünün vurulması üçün təkcə “Flaminqo” deyil, başqa “maraqlı həllər” də mövcuddur.
Xrapçinskin fikrincə, “Flaminqo” daha çox strateji hədəflərə – istehsal müəssisələrinə, silah anbarlarına və yeraltı obyektlərə qarşı nəzərdə tutulub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu