Flavinyo “Neftçi”ni hələ də sevir!

14.07.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“Neftçi”nin sabiq futbolçusu Flavinyonun qəlbi hələ də “ağ-qaralar”la döyünür.

Həmişə komandanın vacib anlarında dəstəyini göstərən braziliyalı bu dəfə də maraqlı paylaşımla yadda qalıb. Belə ki, flaqmanın sabiq kapitanı ona aid düzəldilmiş, qol sevinclərinin birləşdirildiyi videoları paylaşıb, “köhnə günlər harda qaldı?” yazıb.
Nə bilmək olar, bəlkə yenidən “Neftçi”də çalışmaq istəyir.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью