Flik 0:3 dən danışdı

26.11.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Flik 0:3-dən danışdı

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Çelsi"yə uduzmaqlarından danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis böyükhesablı məğlubiyyəti (0:3) belə şərh edib: 

“Oyuna çox yaxşı başladıq və Ferran Torresin qapıdan zərbəsi ilə ilk qolu vurmaq üçün əla şansımız oldu.

Biz bilirdik ki, “Çelsi” həqiqətən güclü komandadır və azlıqda qalanda onlarla mübarizə aparmaq asan deyildi. Hər şeyi sınadıq. Komanda olaraq yaxşı müdafiə olunduq, amma nəticədə çoxlu səhvlərə yol verdik. İndi yalnız bunu deyə bilərəm ki, hər şeyi təhlil etməliyik. Biz təzyiq altında oynamaq mövzusunda inkişaf etməliyik.

İndi əsas məqsəd növbəti mərhələyə çıxmaqdır. 9 xal qazansaq, istəyimizə nail ola bilərik. Bundan sonra nə olacağını görəcəyik. Növbəti matç "Ayntraxt"a qarşı olacaq. Mən çox optimistəm. Dü.ünürəm ki, qarşıda üç oyun və 9 xal var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью