Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı

19.10.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı

“Barselona”nın baş məşqçisi Hans Diter Flik “Real”ın yarımmüdafiəçisi Arda Gülerin İspaniya La Liqasının 9-cu  turunda “Sevilya” ilə oyunda (4:1) iştirak etdiyi mübahisəli epizod barədə danışıb.

QOL.az xəbər verir ki, qarşılaşmanın 25-ci dəqiqəsində türkiyəli futbolçu meydanın mərkəzində rəqib yarımmüdafiəçisi Pekenin üzünə əl atıb. VAR epizodu yoxlasa da, qayda pozuntusu qeydə almayıb.

Flik bu hadisə ilə bağlı suala qısa cavab verib: “Bu, mənim işim deyil”, - deyə o, “AS” nəşrinə bildirib.

Qeyd edək ki, 9 turdan sonra 27 xalı olan “Barselona” turnir cədvəlinə başçılıq edir. 21 xalla “Real” üçüncü, 14 xalı olan “Sevilya” isə altıncı pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью