Flik Barselonanı Realla üzüzə qoydu İngilis ulduza görə

15.12.2024

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Liverpul"un müdafiəçisi Trent Alexander-Arnoldu sərəncamında görmək istəyir. 

Fanat.Az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. 

Xəbərə görə, Jül Kundenin müdafiənin sağ cinahında oynamasına baxmayaraq, alman mütəxəssis ingilis futbolçunun komandanı daha da gücləndirə biləcəyinə ümid edir. 

Xatırladaq ki, 26 yaşlı futbolçunun mersisaydlılarla müqaviləsinin müddəti bu mövsümün sonuna kimidir. Mətbuat Alexander-Arnoldun xidmətində "Real Madrid"in də maraqlı olduğunu iddia edir. 

Trent bu mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb və komanda yoldaşlarına 4 məhsuldar ötürmə edib.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью