Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Barselona"nın baş məşqçisi Hans Diter Flik 2026/27 mövsümündə komandanın kapitanlarının kimlər olacağını açıqlayıb.
QOL.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə “AS”a açıqlamasında bildirib. Onun sözlərinə görə, Rafinyo və Pedri ilə bağlı qərarı özü verib, digər üç kapitanı isə futbolçuların səsverməsi müəyyənləşdirib.
"Artıq iki ildir buradayam və komanda haqqında daha çox məlumatımız var. Rafinyo və Pedrinin kapitan olmasına mən qərar verdim. Soyunub-geyinmə otağında isə Lamin, Erik Qarsiya və Yonqun kapitan seçilməsi ilə bağlı səsvermə keçirildi".
Beləliklə, Rafinyo komandanın birinci, Pedri ikinci, Erik Qarsiya üçüncü, Frenki de Yonq dördüncü, Lamin Yamal isə beşinci kapitanıdır.
Qeyd edək ki, “Barselona” sentyabrın 6-da La Liqanın 4-cü turunda səfərdə “Valensiya” ilə qarşılaşacaq.