Flik: “Çempionlar Liqasını qazanmaq istəyirik”

03.07.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasında “Borussiya”ya məğlub olduqları 1/4 final oyununu şərh edib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis 1:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Oyundan məyus oldum. Komandamın çox şeyə qadir olduğunu bilirəm. Bunu bütün mövsüm sübut etdik. Davam etməliyik və yaxşı olduğumuz işi dayandırmamalıyıq.

Çempionlar Liqasını qazanmaq istəyirik, finala hələ bir addım var. İşimizdən zövq almalıyıq. Bütün yarışlarda iştirak edirik və buna görə fəxr etməliyik”.

“Borussiya” ilk oyunda rəqibinə 0:4 hesabıyla uduzduğu üçün ümumi hesab 3:5 olub və “Barselona” mərhələ adlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью