Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Hans-Diter Flik “Barselona”da qarşıdan gələn seçkiləri müzakirə edib.
"Ölkə.az" xəbər verir ki, Flik hazırkı prezident Joan Laportanın işini tərifləyib.
“Prezident bu barədə mənimlə danışdı. Seçkilərin mümkün qədər tez keçirilməsi yaxşıdır. Bu vəziyyət komandaya təsir etmir: biz peşəkarıq, futbol oynamalı və uğur qazanmalıyıq. Oyunumuza diqqət yetirəcəyik və həmişə əlimizdən gələni edəcəyik. Əlbəttə ki, səs verəcəyəm.
Düşünürəm ki, son bir il yarım ərzində bir çox müsbət dəyişikliklər olub. Çox pul xərcləməmişik, amma oyunçuların seçilməsi və akademiyadan gənc oyunçulara inkişaf etmək şansı vermək baxımından düzgün qərarlar qəbul etmişik. Vəziyyət çox yaxşıdır. Sabitlik klub üçün vacibdir.
Bundan sonra nə olacağını görəcəyik. Klubun gələcəyini üzvləri müəyyən edir və ümid edirəm ki, düzgün istiqamətdə irəliləyirik”, – “Barselona”nın baş məşqçisi bildirib.