Flik derbidə qazandıqları qələbəni belə dəyərləndirdi | Icma.az
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 12-ci turunda evdə "Espanyol" üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, onun Barselona derbisindən sonra dediyi sözləri klubun rəsmi saytı belə çatdırıb: "Biz derbidə qələbə qazanaraq 3 xal əldə etdik.
Bu, çox vacibdir. İkinci yarıda bir qədər tempi saldıq və bəzi anlarda oyuna nəzarəti itirdik. Futbolda hərdən belə də olur.
Qələbə qazandığımız üçün bu məqamı qəbul edirəm, amma gələcəkdə daha güclü olmalı və səviyyəmizi artırmalıyıq".
Xatırladaq ki, 12 oyuna 33 xal toplayan "Barselona" turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub.
Nihat Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu