Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Barselona”nın baş məşqçisi Hans Diter Flik millilərin düşərgəsinə yollanmayan futbolçulara 5 günlük istirahət verib.
QOL.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Almaniyalı mütəxəssis bu gün komandanın sərəncamında olan oyunçular üçün məşq keçib. Millilərə yollanan futbolçuların sayının çoxluğunu və qarşıdakı sıx oyun qrafikini nəzərə alan Flik istirahət qərarı verib.
Joan Qarsiya, Pau Kubarsi, Pedri, Fermin Lopes, Lamin Yamal, Bernal, Joao Kanselo, Entoni Qordon, Frenki de Yonq, Dominik Livakoviç, Rafinya və Abdelkarim milli komandaların düşərgəsinə yollanıblar.
Zədəli futbolçular Bardqci, Dani Olmo, Jül Kunde, Espart və Rodri isə klubda qalıblar. Onlarla yanaşı, milli komandaya dəvət almayan bir sıra oyunçular da “Barselona”nın düşərgəsindədir.
Qeyd edək ki, zədədən sonra bərpa prosesi keçən futbolçular cümə axşamı klubun bazasında məşqləri davam etdirəcəklər. Fərdi məşq etmək istəyən oyunçular da bazadan istifadə edə biləcəklər. Bazar ertəsinə qədər komanda üçün məcburi məşqlər nəzərdə tutulmayıb.