Flik gələcəyindən danışdı

29.04.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik klubdakı gələcəyi haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssisin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Flik isə gələcəyi ilə əlaqədar bunları deyib: "Gələn mövsüm "Barselona"nı çalışdıracağam. 2026-cı ilin yayına qədər müqaviləm var. Əvəllər də demişəm ki, burada olmaqdan çox şadam. Klub mənim xoşuma gəlir, amma indi belə danışmağın vaxtı deyil. Hədəflərə, komandaya diqqət yetirmək lazımdır. Hər şey futbolçuların ətrafında cərəyan edir".

Qeyd edək ki, Flik ötən ilin yayından "Barselona"nın baş məşqçisidir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью