Flik gənc yarımmüdafiəçi ilə bağlı sərt qərar verdi | Icma.az
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Barselona”nın baş məşqçisi Hansi-Diter Flik gənc yarımmüdafiəçi Pedro Fernandesin (Dro) əsas komanda ilə məşq etməsinə qadağa qoyub.
18 yaşlı futbolçu bundan sonra klubun məşq mərkəzində yalnız fərdi hazırlıqla kifayətlənəcək.
İdman.Biz sport.es nəşrinə istinadla xəbər verir ki, “Barselona”nın kapitanları məsələ ilə bağlı Fliklə danışıq aparıblar və bundan sonra belə qərar verilib.
Bundan əvvəl Dro ilə Fransanın PSJ klubunun maraqlandığı bildirilirdi.
Məlumatlara əsasən, transfer prosesinə Paris təmsilçisinin baş məşqçisi Luis Enrike şəxsən nəzarət edir.
Xəbərdə qeyd olunur ki, PSJ futbolçunu yaxın vaxtlarda heyətinə qatmağı planlaşdırır.
Paris klubu Dronun müqaviləsində yer alan 6 milyon avro (təxminən 11,9 milyon AZN) məbləğində satınalma bəndini aktivləşdirmək niyyətindədir.
Tam oxu
Xəbəri oxu