Flik “Kamp Nou”dakı final barədə: “Orada olacağam, 100%”

16.09.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik 2028/29 mövsümündə Çempionlar Liqasının finalının “Kamp Nou” stadionunda keçiriləcəyi barədə xəbərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis final zamanı stadionda olacağına əmin olduğunu deyib:

“Klub üçün əla xəbərdir, bu, inanılmaz olacaq. Mən orada olacağam, 100 faiz. Ya “Barselona”nın baş məşqçisi, ya da azarkeş kimi. Baş məşqçi kimi? Görəcəyik, nə baş verəcəyini heç vaxt bilmirsən. Futbol çox sürətlə inkişaf edir. “Barselona”nı məşq etdirmək mənə xoşdur, bu, fantastik komandadır, lakin nə olacağını heç vaxt bilmirsən”, - deyə Flik “Mundo Deportivo”ya bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün finalı Madriddəki “Metropolitano” stadionunda keçiriləcək. Turnirin son qalibi isə PSJ-dir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью