Flik Luis Enrikeni qabaqladı

17.09.2026

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniya çempionatının altıncı turu çərçivəsində "Barselona" "Rasinq" üzərində 7:2 hesablı qələbə qazanıb.

Sportal.az xəbər verir ki, ​"göy-qırmızıların" baş məşqçisi Hans-Diter Flik üçün bu qələbə komandanın sükanı arxasında keçirdiyi 124-cü qarşılaşmada 95-cisi olub. Komanda alman mütəxəssis rəhbərliyi altında matçların 77 faizini qazanıb.

​"Stats Foot" portalının məlumatına görə, bu, XXI əsrdə Kataloniya təmsilçisinin çalışdırıcıları arasında ən yaxşı göstəricidir. Bu göstərici üzrə Flik 76% qələbə əmsalı olan ispaniyalı məşqçi Luis Enrikeni qabaqlayıb.

​Flik "Barselona"ya 2024-cü ilin yayında başçılıq etməyə başlayıb. Mütəxəssislə klub arasındakı müqavilə 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью