Flik Messinin Barselona ya mümkün qayıdışı haqda

21.11.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Flik Messinin "Barselona"ya mümkün qayıdışı haqda

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hazırda "İnter Mayami"də çıxış edən Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışı haqda danışıb.

QOLaz AS-a istinadən xəbər verir ki, mütəxəssis 38 yaşlı hücumçunu çalışdırmaq istədiyini deyib: 

"Messi ilə işləmək? Niyə də olmasın? O, 21-ci əsrin yaxşı oyunçusudur. Mən Messinin oyununu həmişə yüksək qiymətləndirmişəm. Amma onun 2028-ci ilə qədər müqaviləsi var, mənim isə 2027-ci ilə qədər".

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. Son vaxtlar isə futbolçunun kluba qayıda biləcəyinə dair xəbərlər yayılıb. Messi özü də sosial şəbəkələdəki paylaşımında "Barselona" üçün darıxdığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью