Flik: “Məyusam, amma…”

07.05.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasında “İnter”ə uduzduqları yarımfinal oyununu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:4 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Məyusam, amma oyunçulardan və komandamın performansından razıyam. Onlar hər şeyi yoxladılar. Alınmadı, növbəti il çempionluq üçün mübarizə aparmağa çalışacağıq. Matçda sonra hakimə düşündüklərimi dedim, ancaq bunu açıqlamayacağam. Onu deyə bilərəm ki, qərar verən zaman bəzən “İnter”in lehinə edirdi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью