Flik: “Mövsümü ideal başa vurduq”

26.05.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Barselona”nın baş məşqçisi Hans-Flik Diter La Liqanın sonuncu turunda “Atletik”ə qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Mövsümü ideal başa vurduq. Qələbədən və yaxşı oyundan danışıram. Komandada gördüklərimdən çox razıyam.

Qapıçımız Penya əla oyun keçirdi. O, məşqlərdə özünü yaxşı göstərir, çalışır. Komandada qalıb-qalmayacağını bilmirəm. Amma ona təşəkkür edirəm. Bu gün oynamağa tam layiq idi”.

“Barselona” La Liqanı 88 xalla birinci sırada bitirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью