Flik ona istirahət verə bilər

14.10.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Flik ona istirahət verə bilər

“Barselona”nın müdafiəçisi Erik Qarsiya Çempionlar Liqasında “Qalatasaray”la matçda Rafael Leao ilə toqquşma nəticəsində yüngül zədə alıb.

QOL.az xəbər verir ki, “Mundo Deportivo” nəşrinin məlumatına görə, ispaniyalı futbolçu qarşılaşmadan sonra jurnalistlərlə söhbətində şişmiş dizini göstərərək zarafatla deyib: “Türkiyədən özümlə apardığım kiçik bir hədiyyədir”.

Bildirilir ki, müdafiəçi oktyabrın 17-də “Betis”lə oyunda meydana çıxa bilər. Lakin “Barselona”nın baş məşqçisi Hans Diter Flikin Parisdə PSJ-yə qarşı keçiriləcək vacib matçını nəzərə alaraq futbolçuya istirahət verməsi gözlənilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью