Flik onun yaşıl meydanlara qayıdışını təsdiqlədi

02.05.2025

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik qapıçısı Mark-Andre Ter Şteqenin yaşıl meydanlara qayıdışını təsdiqləyib. 

News24.az xəbər verir ki, o, bu barədə La Liqanın 34-cü turunda keçiriləcək "Valyadolid"lə matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. Almaniyalı mütəxəssis Ter Ştegenin sabahkı oyunda əsas heyətdə çıxacağını bildirib. 

Flik həmçinin sözügedən görüşdə "Barselona"nın digər mövqeləri üçün də rotasiyaların olacağını qeyd edib. 

Xatırladaq ki, Ter Ştegen İspaniya çempionatının 6-cı turunun “Vilyarreal”a qarşı oyunundan (5:1) sonra diz qapağının yırtığı diaqnozu qoyulduğu üçün 2024-cü ilin sentyabrından meydana çıxmır./qol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью